Qadın ərinin evli olduğunu sosial şəbəkədən öyrəndi Qadın ərinin evli olduğunu sosial şəbəkədən öyrəndi

«Facebook» kişinin sirrini açdı

Qadın ərinin evli olduğunu sosial şəbəkədən öyrəndi


İngiltərədə yaşayan Lisa Curran ərinin başqası ilə evli olduğunu "Facebook"-dan öyrənib. O, həyat yoldaşı Martin Curranın evlilik şəklini sosial şəbəkədə görüb.


Martin isə özünü müdafiə etmək üçün bunun köhnə sevgililərindən biri tərəfindən qəsdən edildiyini deyib. Ərinə inanmayan Lisa isə onu izləmək üçün dedektiv tutub. Araşdırmalardan sonra köhnə polis işçisi olan 52 yaşlı Martinin 6 il əvvəl 31 yaşlı Andrea Viteside ilə saxta nikaha girdiyi ortaya çıxıb.

Məlumatda bilidirilir ki, ikili həyat yaşayan ərini məhkəməyə verən Lisa onun həbs olunmasını tələb edib. Məhkəmə isə Martini sərbəst buraxıb.


Səadət Abbaslı

AzNews.az