Suyla çalışan avtomobil fikri artıq gerçəyə dönür. Suyla çalışan avtomobil fikri artıq gerçəyə dönür.

Duzlu su ilə çalışan maşın

Suyla çalışan avtomobil fikri artıq gerçəyə dönür.


Daily Mail qəzetinin xəbərinə görə Avropanın ən kiçik ölkələrindən Lixtenşteyn mərkəzli NanoFlowcell AG, avtomobilləri duzlu su ilə hərəkətə gətirən sistemin Avropa yollarında istifadəsi üçün lisenziya alıb.

Bildirək ki, şirkət elekrtoidlər arasında axan duzlu suyun istehsal etdiyi enerji ilə çalışan Quant e-Sportlimousine adlı avtomobili mart ayında Cenevre 2014 Avtomobil sərgisində təqdim etmişdi. Gücünü 200 litrlik duzlu sudan alan Quant, saatda 100 km sürəti 2,8 saniyəyə yığır. Avtomobilin sürəti saatda 350 km-dir.

Duzlu suyla çalışan maşının qiymətinin 1,7 milyon dollardan baha olacağı bildirilir.

Analitik.az