Övladınızın məktəbdəki vəziyyətini öyrənməyin - 25 üsulu


Əgər siz uşaqdan məktəbdə işlərin necə olduğunu soruşsanız, böyük ehtimalla, "normaldır" cavabını alacaqsınız. Yox əgər, siz həqiqətən onun məktəbdə işlərinin necə olduğunu öyrənmək istəyirsinizsə, ona kömək edin: elə sual verin ki, ona ətraflı cavab vermək olsun.

AzNews.az xarici mətbuata istinadən sizlərə kömək ola biləcək sualları təqdim edir:

1.Bu gün məktəbdə baş verənlərdən sənin üçün ən yaxşısı nə olub? Bu gün məktəbdə baş verənlərdən sənin üçün ən pisi nə olub?

2.Bu gün güldüyün gülməli bir şey danış mənə.

3.Əgər sən sinifdə kiminlə bir partada oturacağını seçə bilsəydin, kimi seçərdin? Bəs kiminlə bir yerdə oturmağı heç istəməzdin? Niyə?

4.Məktəbdəki ən yaxşı yerdən mənə danış.

5.Bu gün eşitdiyin ən qəribə söz nədi? Və ya bəlkə, bu gün sənə nəsə qəribə bir şey deyiblər?

6.Əgər biz bu gün sənin müəllimini qonaq çağırsaydıq, o mənə səninlə bağlı nə danışardı? Necə düşünürsən?

7.Bu gün sən kimə kömək etmisən?

8.Bəlkə bu gün kimsə sənə kömək edib?

9.Bu gün nə maraqlı bir şey öyrənmisən? Danış mənə.

10.Elə bir an olub ki sən özünü ən xoşbəxt insan hiss etmisən?

11.Bu gün sənə çox darıxdırıcı olub?

12.Əgər UNO-lar sizin sinfə uçub kimisə aparmaq istəsəydilər, sən kimi aparmaqlarını istəyərdin?

13.Tənəffüsdə indiyə qədər oynamadıqların arasında kimlə oynamaq istərdin?

14.Bu gün səninlə bağlı baş verən ən yaxşı hadisə nə olub?

15.Müəllim bu gün daha çox hansı sözü təkrarlayıb?

16.Məktəbdə sən nəylə bağlı daha çox öyrənmək istəyərdin?

17.Məktəbdə nəyi daha az etmək istəyərdin?

18.Sinfində kiminlə özünü daha yaxşı apara bilərsən?

19.Tənəffüslərdə daha çox harada oynayırsan?

20.Sinifdə ən gülməli uşaq kimdi? O, niyə belə gülməlidi?

21.Bugünki nahar yeməyi sənin xoşuna gəldi? Nə daha çox xoşuna gəldi?

22.Əgər sabah müəllim olsan, nə edərdin?

23.Necə fikirləşirsən, bəlkə məktəbinizdən hansısa uşaq çıxsa yaxşı olar?

24.Əgər sinifdə kiminləsə yerini dəyişə bilsəydin, bu kim olardı? Niyə?

25.Bu gün məktəbdə qələmdən istifadə etdiyin üç fərqli vəziyyətdən danış.

AzNews.az