Xətai rayonunun General Şıxlinski küçəsi 49 saylı binanın sakini Akif Əhmədov yaşadığı ərazidə çoxlu problemlərin olduğunu və Mənzil İstismar Sahələrinin üzərlərinə düşən vəzifələri yerinə yetirməmələrindən narazıdır. Xətai rayonunun General Şıxlinski küçəsi 49 saylı binanın sakini Akif Əhmədov yaşadığı ərazidə çoxlu problemlərin olduğunu və Mənzil İstismar Sahələrinin üzərlərinə düşən vəzifələri yerinə yetirməmələrindən narazıdır.

Bakıda analoqu olmayan tualet - FOTOLAR

Xətai rayonunun General Şıxlinski küçəsi 49 saylı binanın sakini Akif Əhmədov yaşadığı ərazidə çoxlu problemlərin olduğunu və Mənzil İstismar Sahələrinin üzərlərinə düşən vəzifələri yerinə yetirməmələrindən narazıdır.



"Qafqazinfo"ya daxil olan müraciətdə bildirilir ki, Xətai rayonunda abadlıq işləri, əsasən, dövlət rəsmilərinin hərəkət edə biləcəyi yolların ətrafında olur, daxili məhəllələr isə tamamən unudulub:

"Məişət tullantılarının toplanması, qablaşdırılması və daşınması ilə bağlı nümunəvi qaydalar olsa da, mənzil kommunal təsərrüfatı xidməti bu məsələləri, sadəcə, yola verməklə məşğuldurlar.

Burada yaşadığımız müddətdə məişət tullantıları toplanan yer 5-6 dəfə dəyişdirilib. Çünki həmin yeri kimlərəsə verirlər və zibil qablarını get-gedə yaşayış binalarına lap yaxınlaşdırırlar.

Zibilləri neçə gəldi daşıyırlar. Zibillər maşına boşaldılanda kənara düşən tullantılar elə yerindəcə qalır, maye tullantılar yerlə axır.

Dəfələrlə aidiyyəti idarələrə iradlarımızı bildirsək də, yenə zibilləri yandırırlar.

Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi, əraziyə baxan 96 saylı MİS-ə edilən müraciətlərə ya baxmır, ya da heç bir tədbir görmür.

Susuzluq və diqqətsizlikdən ağaclar, yaşıllıqlar quruyub sıradan çıxır. Hələ bu 10 ildə 1 dəfə görməmişik ki, bu ağaclara, yaşıllığa hansı idarəsə, kimsə su versin, qulluq göstərsin.

Deyirlər ki, binaların ətrafındakı ağac və yaşıllıqların suvarılması nəzərdə tutulmayıb və dövlət buna vəsait ayırmır, sakinlər bunu öz təşəbbüsü ilə edirlərsə, sayğac qoydurub suvara bilərlər".

AzNews.az
image description image description image description image description image description