- Köhnə - Maraqlı
- 26 Sentyabr 2014 09:50
- 3 839
300 dollarlıq telefona görə - 2 nəfər öldü, 4 isə yaralandı
Tualetə düşən 300 dollarlıq telefon faciəyə səbəb olub.
AzNews.az xəbər verir ki, Çinin Şinyanq bölgəsində baş verən bu hadisəyə səbəb kişinin arvadının yeni aldığı telefonu tualetə salması olub.
Arvadının qorxusundan kanalizasiya borusuna girən adam nəfəs almaqda çətinlik çəkib və ürəyi gedib.Bu zaman kişinin anası oğlundan bir səs gəlmədiyini görüb və o da onun arxasınca boruya girib və üfunətdən huşunu itirib.
Bir az sonra yoldaşı və oğlundan xəbər gəlmədiyini görən ata da kanalizasiya borusuna düşüb.
Məsələdən xəbərdar olan qonşular da "xilasetmə əməliyyatına" qoşulub. Və bir-birinin ardınca daha 3 nəfər – qonşular boruya daxil olublar.
Onlarında geri qayıtmadığını görən qonşular təcili olaraq aidiyyəti orqanlara müraciət ediblər.
Xilasetmə işləri zamanı borudan 6 adam çıxarılıb. Onlardan 2-si ana və oğul hadisə yerində həyatını itirib.4-ü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə qurbanlarından biri həmin anı belə təsvir edib: "Qoxu çox kəskin idi. Boruya düşdükdən sonra heç bir şey görə bilmədim və huşumu itirdim".
Nərmin Məmmədli
AzNews.az