25 yaşlı Suriyalı qadın pul qabına yerləşdirdiyi gizli kamera ilə İŞİD-in əsas mərkəzlərindən olan Rekka şəhərini kameraya çəkib. 25 yaşlı Suriyalı qadın pul qabına yerləşdirdiyi gizli kamera ilə İŞİD-in əsas mərkəzlərindən olan Rekka şəhərini kameraya çəkib.

Bu qadın İŞİD-i gizli kameraya çəkdi -VİDEO

25 yaşlı Suriyalı qadın pul qabına yerləşdirdiyi gizli kamera ilə İŞİD-in əsas mərkəzlərindən olan Rekka şəhərini kameraya çəkib.



AzNews.az xəbər verir ki, Suriyanın Rekka şəhərinin İŞİD tərəfindən işğalından sonra bu şəhərdə jurnalistlərin çəkiliş etməsi qadağa olundu. Lakin İŞİD-in paytaxtına çevrilən bu şəhəri Suriyalı Razan adlı qadın kameraya çəkməyi bacarıb.

O, Suriyada baş verən müharibələr səbəbiylə Türkiyəyə gedib və bir müddət sonra yenidən doğulduğu şəhərə geri qayıtmağı qərara alıb. Fransa 24 kanalına danışan qadın İŞİD-in qadınlara tətbiq edilən məcburi şəriət səbəbindən tamamən qapandığını söyləyib.

Rəzzan şəhəri necə kameraya çəkməsindən də danışıb. O söyləyib ki, pul qabında kiçik bir dəlik açıb və onun ətrafını muncuqlarla bəzəyib.Hərəkətinin necə riskli olduğunu qeyd edən Rəzzan bunu vətəni Suriya və doğulduğu şəhər üçün etdiyini söyləyib: "İŞİD başçıları qadınlarla alış-veriş edirdilər və onlar bu pulları alınan malların qiymətlərində bazarlıq etmədən çox rahatlıqla ödəyirdilər. Onlar namaz vaxtı bazarlıq edənləri 1 ay müddətində həbs edir və 150 min Suriya pulu cərimə ödətdirirdi. Camaat qorxudan küçələrdə namaz qılır. Mən fikirləşirəm ki, dünyanın ən təhlükəli yeri buradır".



Nərmin Məmmədli
AzNews.az