İtalyan avtomobil istehsalçısı Ferrari "Italia" və "Spider" modellərinin 3 min avtomobilini geri çağırıb. İtalyan avtomobil istehsalçısı Ferrari "Italia" və "Spider" modellərinin 3 min avtomobilini geri çağırıb.

“Ferrari“ avtomobilləri geri qaytarılır

İtalyan avtomobil istehsalçısı Ferrari "Italia" və "Spider" modellərinin 3 min avtomobilini geri çağırıb.



ANS PRESS-in məlumatına görə, geri çağırılan avtomobillər əsasən ABŞ-a satılan maşınlardır.

Bu modellərdə yük yerinin qapısında texniki nasazlıq yaranıb. Belə ki, baqajın qapısını içəri tərəfdən açmaq mümkün deyil.

ABŞ-ın yol hərəkəti təhlükəsizliyi milli administrasiyası (NHTSA) avtomobilin baqaj bölməsində bağlanmış halda qalan insanın oradan kənar adamın köməyi olmadan çıxa bilməyəcəyini açıqlayıb.

NHTSA ekspertləri hesab edirlər ki, avtomobilin belə xüsusiyyəti travmaya və ya hətta insanın ölümlərinə gətirib çıxara bilər.

AzNews.az