- Köhnə - Maraqlı
- 7 May 2015 16:21
- 5 923
Halit Ergençdən Gəncədəki qalmaqal barədə - Açıqlama
“Əli və Nino” filmində Fətəli xan Xoyski obrazını canlandıran türk aktyor Halit Ergenç Gəncə Hava Limanındakı qalmaqal barədə açıqlama verib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor belə bir hadisənin baş vermədiyini deyib: "Belə bir gərginlik və mübahisə olmayıb. Qışqırmaq, dava salmaq mənim xarakterimə xas deyil".Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Halit Ergençin Gəncə Hava Limanında dava salması ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, aktyor viza işləri geçikdirildiyi üçün aeroportda qışqırmağa başlayıb.