- Köhnə - Mədəniyyət
- 9 İyun 2017 23:51
- 12 181
“Xaç atası” bütün dövrlərin ən möhtəşəm filmi seçilib

Britaniyanın nüfuzlu Empire jurnalı 1972-ci ildə çəkilmiş “Xaç atası” filmini bütün dövrlərin ən yaxşı ekran əsəri seçib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnal 20 min kinoman arasında sorğu aparıb. Nəticədə ilk pillədə Frensis Ford Koppolanın çəkdiyi film qərarlaşıb.
Film 1945-1955-ci illər zamanı Nyu Yorkun Siciliya əsilli Korleone mafioz ailəsindən bəhs edir.
Siyahının ikincisi İrvin Kerşnerin çəkdiyi “Ulduz müharibələri. 5-ci epizod - İmperiya cavab zərbəsi endirir”, üçüncüsü Kristofer Nolan çəkdiyi “Qara cəngavər” filmi olub.