ARB kanalı yeni bir sənədli, tammetrajlı filmin çəkilişlərinə başlayıb. ARB kanalı yeni bir sənədli, tammetrajlı filmin çəkilişlərinə başlayıb.

“Əsgərlər unudulanda ölürlər” - “Yalama” ekranlaşdırılır

ARB kanalı yeni bir sənədli, tammetrajlı filmin çəkilişlərinə başlayıb.

Bu barədə AzNews.az-a filmin rejissoru Rövşən Almuradlı məlumat verib. “Əsgərlər unudulanda ölürlər” adla film Arif Əliyevin “Yalama” povesti əsasında ekranlaşacaq.

Filmin rejissoru Rövşən Almuradlının sözlərinə görə, filmin çəkilişləri bir neçə şəhərdə baş tutacaq: “Film ARB kanalının “Aran” studiyası tərəfindən çəkilir. Çəkilişlər Bakı, Türkiyə və Rusiyada aparılacaq. Artıq Bakıda nəzərdə tutulan çəkilişlər başa çatıb. Qarşıda isə Ankara və Rusiya çəkilişləri gözlənilir”.

Bahar RÜSTƏMLİ
AzNews.az