- Köhnə - Mədəniyyət
- 8 Sentyabr 2018 22:08
- 6 656
Habil Əliyevin xanımı: "Elə bilirəm ki..."
Habil Əliyevin həyat yoldaşı: “Elə bilirəm onu harasa yola salmışam...”
Bu gün mərhum sənətkar, xalq artisti, kaman ifaçısı Habil Əliyevin anım günüdür.
Sənətkarın ömür-gün yoldaşı Şərqiyyə Əliyeva AzNews.az-a açıqlamasında bildirib ki, bu gün səhər saatlarında mərhumun qəbri ziyarət olunub:
“Təəssüf edirəm ki, mən bu gün Habilin qəbrinin üstünə gedə bilmədim, ayaqlarımda problem yaranıb. Amma bütün ailə üzvlərim hamısı Habilin görüşünə gedib. Habil təkcə anım günündə deyil, hər gün yad edilir. O, heç vaxt bizim yadımızdan çıxmaz. Ən ağır yük mənim boynumdadır. Əslində ona yük deməzdim, uşaqlar böyükdür, Habilin yoxluğunu mən çəkirəm. Hamının ailəsi, övladları var, başları qarışıb evlərinə. Amma təklik ağır şeydir, bir an olsun Habil yadımdan çıxmır. Gözümün qarşısındadır, elə bilirəm onu harasa yola salmışam bir azdan qapı döyüləcək, Habil içəri girəcək. Həyatdır, Allahın əmrindən çıxa bilmərik”.
Şərqiyyə Əliyeva qeyd edib ki, Habil müəllim dünyasını dəyişsədə həmkarları daima onun ailəsi ilə əlaqə saxlayıb: “Habil yüksək səviyyədə yad edilib”
Bahar RÜSTƏMLİ
AzNews.az