- Köhnə - Mədəniyyət
- 28 Sentyabr 2018 11:35
- 6 907
Bakıda vizual poeziya sərgisi keçiriləcək
27-30 sentyabrın tarixlərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçiriləcək "Nəsimi" Şeir, İncəsənət və Mənəviyyat Festivalı çərçivəsində şair, tərcüməçi Səlim Babullaoğlunun "Qrafik şeirlər və esselər: vizual poeziya sərgisi" təşkil ediləcək.
AzNews.az Sim-sim.az saytına istinadən xəbər verir ki, sərgi İçərişəhər, Qala küçəsi 42 ünvanında, "Zəncirli mülk" qalereyasında (Arxeologiya və etnoqarfiya sərgisinin binasında, "saatın arxasındakı bina") baş tutacaq.
Sərginin rəsmi açılış mərasimi senytabrın 29-da olacaq.
İştirak edənlər şeir dinləyə biləcək, kataloq əldə etmək imkanı qazanacaqlar.
AzNews.az