ANS və “Xəzər”lə bağlı qərar verildi

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

AzNews.az-ın məlumatına görə iclasda "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

İclasda "ANS" Müstəqil Yayım və Media Şirkətinin və "Xəzər TV" MMC-nin televiziya, radio və əlavə informasiya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.

AzNews.az