Türkiyənin TV8 telekanalında yayımlanan “O Səs Türkiyə” musiqi yarışmasında iştirak edən azərbaycanlı müğənni Elnur Hüseynov daha bir uğura imza atıb. Türkiyənin TV8 telekanalında yayımlanan “O Səs Türkiyə” musiqi yarışmasında iştirak edən azərbaycanlı müğənni Elnur Hüseynov daha bir uğura imza atıb.

Elnur Hüseynov fanatlarını yenə sevindirdi – VİDEO

Türkiyənin TV8 telekanalında yayımlanan “O Səs Türkiyə” musiqi yarışmasında iştirak edən azərbaycanlı müğənni Elnur Hüseynov daha bir uğura imza atıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "acunn" saytı yayıb.

Dördəbir finalda yarışan Elnur bu dəfə "Exogenesis: Symphony" mahnısını oxuyub.
Onun çıxışı bu dəfə də azarkeşlərin və jürinin sevincinə səbəb olub.


Qeyd edək ki, dünən gecə baş tutan yarışda hər biri 3 nəfərdən ibarət 4 qrup mübarizə aparıb və 12 nəfərdən 8-i finala adlamağı bacarıb. Qruplar halında səhnəyə çıxan yarışçılardan birinci qrupdan Əmrah Güllü və Qaya Aslantepe, digər qrupdan isə Sahil Ekmekçi gələn həftə keçiriləcək olan böyük final həftəsinə adlayan iştirakçılar olub.

"O Səs Türkiyə"də digər qrupda isə Elnur Hüseynov birinci olub və finala keçib. İkinci olan Sarper Arda Akkaya da finalda yarışacaq. Osman Vahid Özdal da finallarda yarışacaq iddialı adlardan olub.

"O Səs Türkiyə"nin böyük finalında yarışacaq iştirakçılar isə Sahil Çörəkçi, Elnur Hüseynov, Osman Vahid Özdal, Məhəmməd Vanal, Sarper Arda Akkaya, Əmrah Güllü, Qaya Aslantepe, Zeo Jaweed olub.

Ceyda Tezemir, Yana Solomon, Anıl Şimşək və Həsən Şahinsoy isə uduzub.

"O Səs Türkiyə"nin final həftəsi fevralın 16-da başlayacaq. Gələn həftə sona çatacaq verilişin ardından böyük maraqla gözlənən "Survivor All Star" müsabiqəsi artıq TV8 ekranlarında yayımlanacaq.