- Köhnə - Mədəniyyət
- 10 Aprel 2015 11:41
- 3 589
“Habil Əliyevə evdən çıxmağa icazə vermirik” - Həyat yoldaşı
Xəbər verildiyi kimi, xalq artisti, kamança ustası Habil Əliyev uzun müddətdir ki, ürək-damar xəstəliyindən əziyyət çəkir.
AzNews.az sənətkarın sağlamlığının hazırkı durumu ilə maraqlanıb.
Xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib ki, Habil Əliyevin müalicəsi ev şəraitində davam edir: "Səhhəti qaydasındadır, amma havalar soyuq keçdiyindən hələ də evdən harasa getməyə icazə vermirik. Qorxuruq ki, soyuq olar".
Ş.Əliyeva onu da bildirib ki, Habil Əliyevin səhhətilə ilə bağlı dövlət rəsmilərindən tutmuş adi tamaşaçılaradək hamı maraqlanır: "Deputatların da böyük əksəriyyəti həmişə zəng edir, evə yanına gəlmək istəyirlər. Milli Məslisin sədrinin 1-ci müavini Ziyafət Əsgərov da tez-tez soruşur. Habil müəllimin xəstəliyi isə qonaq qəbul etməyə imkan vermir. Biz onların hər birindən, dövlətimizdən və xalqımızdan razıyıq".
Bahar RÜSTƏMLİ
AzNews.az