- Köhnə - Mədəniyyət
- 12 Aprel 2015 15:31
- 4 782
Rəqqasə Aytən Aşıq Ədaləti məhkəməyə verir
ATV-də yayımlanan “Səbəbkar” verilişi ciddi qalmaqala səbəb olub.
Belə ki, verilişin qonaqları sırasında olan Aşıq Ədalət proqramda aşıq Namiqin sazda ifasının sədaları altında rəqqasə Aytənin göbək rəqsini görüb, bərk əsəbləşib: "Baxın, ay cammat... Gözünüzü açıb, tamaşa edin. Lazım gəlsə, mən ondan da yaxşı oyanayaram".
Elə o an əsəblərini cilovlaya bilməyən Aşıq Ədalət aşığın və rəqqasənin ünvanına təhqiramiz ifadələr işlədib. Proqram digər iştirakçıları isə bunu gülüşlə qarşılayıblar.
Digər aşıq isə məsələyə qarışaraq bildirib: "Elə demə aşıq, de ki, əsl aşıqlar "Yanıq Kərəmi" çalır, əllərində ilə sazı oyanırdılar. Bəzi aşıqlar sazın qabağında lüt qız oynadırlar..."
Veriliş efirə gedər getməz rəqqasə Aytən Aşıq Ədalətin efirdə onu təhqir etməsinə münasibət bildirib: "Bu gün dostlarım zəng edib, məlumat verəndə ilk öncə inanmadım. Videonu görəndən sonra dəli oldum. Bu gün iki toyum var idi, o qədər stress keçirdim ki, toyda necə iştirak etdiyimi bilmədim. Yaşlı kişidir, ona ayıb olsun. Çox üzr istəyirəm, orada məni söyüb. Onu məhkəməyə vermişəm, onunla bağlı işlər gedir, videonu təhvil verəcəyəm. Əgər məndən verilişdə üzr istəməsə, bu işin sonuna kimi gedəcəm".
Rəqqasə Aytənin sözlərinə görə, aşıq Ədalət efirdə səsləndirdiyi fikirləri danır: "Bəzi dostlarım zəng edib, xahiş etdilər ki, məhkəməyə verməyim, o görüntülər montajdır. 17 ildir ki, efirdəyəm və nəyin montaj olduğunu yaxşı bilirəm. O, əxlaqsız sözlərinə görə cavab verəcək. Mən rəqqasəyəm. Orada deyib ki, mən Aytəndən yaxşı oynayaram. Əgər o da oynamaq istəyirsə, paltarımı verə bilərəm. Mən ona hüquqi yolla cavab verəcəyəm. Həmkarım olsa, üz-üzə dayanıb söhbət edərəm. Aşıq Ədalət ölən övladının qəbirinə and içir ki, elə söz deməmişəm".
Rəqqasə verilişdə iştirak edən digər şəxsləri də qınayıb: "O verilişin aparıcısına və orada oturan xanımlara da ayıb olsun. Aşıq Ədalət söyüş söyür, onlar da qəhqəhə çəkib gülürlər. Oturub, mentalitetimizdən danışırlar, lakin qadınların təhqir olunmasına göz yumurlar. Əgər o veriliş gərçəkləri göstərirsə, sözügedən fraqmentləri efirə versinlər. Bu gün Telli Borçalı ilə danışdım. Dedi ki, mən o söhbət zamanı verilişdə olmamışam. Aşıq Ədalət də olanları danır və jurnalistlərin üzərinə atır ki, montaj ediblər.
Aşıq Namiqin konsertindəki saz havası ilə oynamağımı pisləyir. Amma konsertdə mən oynayanda Namiqi alqışlarla qarşıladı. Bu qədər ikiüzlülük olmaz. Cavanları qınayırlar, amma yaşlılar başlarını itiblər. Bir ayaqları burada, digərləri gordadır. Cavan nəsilə örnək olsunlar ki, öləndə gorlarına söyməsinlər".
Qeyd edək ki, qalmaqala səbəb olan verilişin aparıcısı İradə İsaq isə məsələyə sosial şəbəkədə belə münasibət bildirib: "Aşıq Ədalətin sözlərini tərbiyəsizlik hesab etmirəm. Bu, ustad şapalağı idi".
musavat.com