- Köhnə - Mədəniyyət
- 30 Aprel 2015 11:55
- 2 428
“Bu tədbirlər bizə yaşamaq stimulu verir”” - Ramiz Quliyev
Bu gün xalq artisti, tarzən Ramiz Quliyevin ad günüdür. Onun 68 yaşı tamam olur.
Sənətkar ad günü ilə bağlı təəssüratını AzNews.az-la bölüşüb.Ramiz Quliyev yaşının üstünə bir yaş gəlsə də əhval-ruhiyyəsinin yerində olduğunu deyib: "Ad günümdə mənim üçün əsas nəvələrimin bir yerdə olması və onların sevincidir. Mənim şərəfimə hamı bir yerdə olur. Baba üçün bundan xoşbəxt nə ola bilər".
Tarzən bildirib ki, bu gün onun üçün ikiqat bayramdır: "Son aylarda Azərbaycanda elə tədbirlər keçirilir ki, bu, hər bir Azərbaycan vətəndaşının ovqatını yuksəldir, əhval-ruhiyyəsinə sevinc qatır. Ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunlarının da hər gün gözəl sədalarını alırıq. Bakıda, rayonlarda bununla bağlı məşəllər alovlanır. Təbii ki, bu tədbirlər bizə yaşamaq stimulu verir".
Xatırladaq ki, Ramiz Əyyub oğlu Quliyev 1947-ci ildə Ağdamda doğulub.
O, hazırda Azərbaycan Dövlət Konservatoriyasının (Bakı Musiqi Akademiyası) Xalq çalğı alətləri kafedrasının professorudur.
Bahar RÜSTƏMLİ
AzNews.az