- Bir sətir
- 30 Mart 2021 21:32
- 267 278
Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq
Onlayn formatda görüşdə bu barədə bildirilib
“8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.
APA-nın məlumatına görə, bunu GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşündə deyib.