- Bir sətir
- 31 Mart 2021 10:27
- 509 819
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq
Ölkə iqtisadiyyatının bərpasının gözləniləndən daha sürətli baş verəcəyi proqnozlaşdırılır
Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2022-ci ilin sonuna pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır.
"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, Azərbaycanda COVID-19-a qarşı peyvənd təşəbbüsünün erkən başlanması və Ermənistanla münaqişədən sonra ölkə ərazisində başlayan yenidənqurma işlərinə böyük investisiyaların yatırılması ölkə iqtisadiyyatının bərpasının gözləniləndən daha sürətli baş verəcəyini göstərir.
AzNews.az