- Qanundan kənarda
- 1 Oktyabr 2019 10:00
- 1 700
Yol kənarına yüzlərlə ayaqqabı kim tərəfindən atılıb? - Polis araşdırır
Ayaqqabıların əksəriyyəti qadın ayaqqabısı olub
Türkiyənin Samsun şəhərinin Bafra bölgəsində Sedde yolunun kənarına yüzlərlə yeni ayaqqabı atılıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dünən gecə ayqqabıları görən bir vətəndaş bu haqda polisə və bələdiyyəyə xəbər verib.
Hadisə yerinə gələnlər mənzərə qarşısında çox təəccübləniblər.
Ayaqqabıların əksəriyyəti qadın ayaqqabısı olub.
Ayaqqabıların oğurluq mal ola biləcəyi ehtimalını da düşünən polis ayaqqabıların kim və ya kimlər tərəfindən atıldığını tapmaq üçün araşdırma aparır.
Səidə Vahid
AzNews.az