- Qanundan kənarda
- 5 Dekabr 2020 15:23
- 2 917
Nərimanovda mənzildə meyit tapıldı
Cəsəd aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) cəsədini aidiyyəti üzrə təhvil veriblər.