- Qanundan kənarda
- 15 Noyabr 2021 11:57
- 4 647
AXCP üzvünə hökm oxunub
A.Hümbətov özünü təqsirli bilmir
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Hümbətov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, A.Hümbətov Yamən Məmmədovu bıçaqlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb.
A.Hümbətov özünü təqsirli bilmir.