Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov ifadə verməkdən imtina edib

Bu gün Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Aznews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin baxış iclası olub.

İclasda dövlət ittihamçısı qərarla çıxış edib. Qərarda Əhməd Əhmədovun ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi tövsiyə edilib.

Dövlət ittihamçısı qərarı elan etdikdən sonra hakim Əhməd Əhmədovdan özünü təqsirli bilib-bilmədiyini soruşub.

Əhməd Əhmədov törətdiyi əməli etiraf edib. O, ittihamları qəbul edib, lakin ifadə verməkdən imtina edib. Bu səbəbdən növbəti məhkəmə prosesində Əhməd Əhmədovun müstəntiqə verdiyi ifadə elan ediləcək.

Növbəti məhkəmə prosesi 23 iyula təyin olunub.

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

image description