Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olundu - SON DƏQİQƏ

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.

Bu barədə jurnalistlərin sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Münaqişə tərəfləri - N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.