Şabran sakininin 10 min manatı ələ keçirilib

Şabran rayon sakininin aldadılaraq 10 min manatının alınması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb:

"Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub. Araşdırma aparılır."