- Qanundan kənarda
- 8 Oktyabr 09:38
- 2 919
Ötən gün ölkə ərazisində avtomat, tapança və qumbaralar aşkarlanıb
Ötən gün ölkə ərazisində üç avtomat silahı, iki tapança və altı qumbara aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 6 qumbara, 6 alışdırıcı, 3 tüfəng, 10 patron darağı və 2277 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.