- Qanundan kənarda
- 14 Oktyabr 13:27
- 5 215
Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində oktyabr ayının 9-da külli miqdarda tütün məmulatının Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
DSX məlumat yayıb.
Bildirilib ki, Xəzər dənizinin Azərbaycandakı ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 ədəd şübhəli bağlama müəyyən olunub.
Bağlamalara baxış zamanı dəyəri təqribən 330 000 AZN məbləğində aksiz markasız 111 072 qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülüb.