- Qanundan kənarda
- 17:30
- 1 019
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun milyonluq mənimsəmə işi üzrə ibtidai istintaq tamamlanıb .
Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilərək hakim Fikrət Əliyevin icraatına verilib.
Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.
Bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elvin Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.