- Qanundan kənarda
- 12:01
- 1 213
Bakıda 251 min dollarlıq dələduzluq olub
Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfəri müəyyən edərək saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
AzNews.az