Şagird tənəffüs vaxtı məktəbli yoldaşına kəsici alətlə xəsarət yetirib

Bu gün günorta saatlarında Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı X sinif şagirdi digər şagirdə qəfildən kəsici alətlə xəsarət yetirib.

AzNews.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili-tibbi yardıma və şagirdlərin valideynlərinə məlumat verilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.