- Qanundan kənarda
- 19 Dekabr 10:05
- 3 624
Сari ilin 11 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 min 549 cinayət faktı aşkarlanıb
Сari ilin yanvar-noyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8 min 549 cinayət faktı aşkarlanıb.
AzNews.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Bildirilib ki, onlardan 2 min 837-si narkotik vasitələrin qanunsuz satışı, 5 min 478-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 228-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 403 kq 647,445 qr narkotik vasitələrin və psixotrop maddələrin 524 kq 059,659 qr-nı heroin, 5 ton 313 kq 809,136 qr-nı marixuana, 164 kq 849,07 qr-nı tiryək, 38 kq 852,443 qr-nı həşiş, 205 kq 385,123 qr-nı psixotrop maddələr, 156 kq 692,014 qr-nı digər narkotik vasitələr təşkil edib.
Bundan başqa, göstərilən dövr ərzində 38 min 807 ədəd metadon, 15 min 392 ədəd çətənə kolu,429 qr və 240 ədəd həb güclü təsir edən maddə,10 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 403 kq 647,445 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 154 milyon 579 min AZN kimi qiymətləndirilir.