Tanınmış plastik cərrahı öldürən Türkiyə vətəndaşına hökm oxundu

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Muhammet Gündüzə hökm oxunub.

Bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Türkiyə vətəndaşı Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, son prosesdə dövlət ittihamçısı Samir Məmmədov hakimlərdən təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.