“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib

“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib.

Təsisçi Ələsgər Məmmədli də daxil olmaqla yeddi təqsirləndirilən şəxsə yekun ittiham elan edilib.

Onlara Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1 (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir.

Qeyd edək ki, bundan əvvəl onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılmışdı.

Bundan əlavə, bu gün "Toplum TV" işə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov saxlanılıb. Fərid İsmayılov hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə aparılır.

İstintaq orqanı Fərid İsmayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verib.

AzNews.az