- Qanundan kənarda
- 23 Yanvar 10:22
- 1 355
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
Lənkəran şəhəri ərazisində yerləşən və hazırda istifadəsiz olan keçmiş mebel fabrikinin həyətində silah-sursat tapılıb.
Polis əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 2 ədəd "AKM-74" markalı avtomat, patron darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində Lənkəran ərazisində müvafiq sənədləri olmayan qanunsuz saxlanılan 24 ədəd ov tüfəngi aşkarlanıb.