- Qanundan kənarda
- 27 Yanvar 10:36
- 1 395
Sosial şəbəkədə vətəndaşdan şantajla 20 min manata yaxın pul tələb edən şəxs həbs edilib
Vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19 min 500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsini aşkar edərək maddi sübut kimi götürüb.
Faktla bağlı cinayət işi başlanılıb, B.Şıxalıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.