- Qanundan kənarda
- 6 Fevral 09:00
- 2 262
Qobustanda 3 nəfər 3 kilo narkotiklə tutuldu

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə Ü.Musayev, E.Hüsüyev və A.Məmmədov saxlanılıb.
Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
AzNews.az