- Qanundan kənarda
- 15:42
- 2 512
Ev almaq istəyənlər diqqətli olun: Aldadaraq vətəndaşın 80 min manatını alıblar!
![](https://www.aznews.az/storage/2025/02/08/ev_alma.jpg)
Bakıda ev satmaq adı ilə 80 min manatlıq dələduzluq edən şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Bildirilib ki, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə onun 80 000 manatını aldadaraq ələ keçirilməsi məlum olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş. Balakişiyev və 42 yaşlı R. Səfərəliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
AzNews.az