- Qanundan kənarda
- 13 Fevral 11:37
- 1 934
21 tüfəng, 2 avtomat, 10 qumbara- DİN-in dünən ələ keçirdiyi silahlar

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 10 qumbara, 3 alışdırıcı, 21 tüfəng, 10 patron darağı və 3497 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
AzNews.az