Şəmkirdə odlu silah və narkotikə görə üç nəfər həbs edilib

Şəmkir rayonunda üç nəfərdən odlu silahlar və narkotik götürülüb.

Aznews.az xəbər verir ki, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar.

R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.