- Qanundan kənarda
- 09:26
- 1 051
Füzulidə narkokuryerlik edən șəxs saxlanılıb
.jpg)
Füzuli rayonunda İran vətəndaşı vasitəsilə narkokuryerliyə cəlb olunan şəxs tutulub.
Aznews.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb.
E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb.
O, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.