- Qanundan kənarda
- 6 Mart 21:11
- 1 193
1980-cı ildən Qarabağda Ermənistan tərəfindən 40-ya yaxın cinayətkar birlik yaradılıb - SİYAHI

1980-cı ildən Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliklərin adları açıqlanıb.
Aznews.az xəbər verir ki, bu barədə erməniəsilli şəxslərin məhkəməsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Fuad Musayev məlumat verib.
Onlar qeyd edib ki, Ermənsitan SSR-in ərazisində və Azərbaycan SSR-in tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən, 1980-cı illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”, “David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və digər qanunsuz silahlı birləşmələr yaradılıb.
Həmin cinayətkar təşkilatların məqsədləri, fəaliyyəti və rəhbərlərinə dair sənədləri məhkəməyə təqdim edilib.
AzNews.az