- Qanundan kənarda
- 8 Mart 14:49
- 3 680
Rövşən Əsgərov Rusiyada axtarışa verilib

"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada axtarışa verilib.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.
Axtarışa verilmə ilə bağlı məlumat nazirliyin bazasına yerləşdirilib.
Qeyd edək ki, Rövşən Əsgərov bir müddət əvvəl Rusiyada ekstremist və terrorçuların siyahısına salınmışdı.
Xarıladaq ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.