Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkar edilib.

Hadisə şəhərin Bulvar ərazisində qeydə alınıb.

Ərazidən 1 ədəd 7,62 “AK” markalı “Kalaşnikov” avtomatı, 1 ədəd sandıq və 30 ədəd həmin avtomata aid güllələr aşkar olunub.

Aşkar edilən silah-sursat polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.