Dünən 68 qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 68 qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb.

Bu barədə Aznews.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, 18 avtomat silahı, üç tapança, beş tüfəng, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.