- Qanundan kənarda
- 16:21
- 1 308
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olunub

Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.
"Tərəflər verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər", - o qeyd edib.