- Qanundan kənarda
- 9 Aprel 14:34
- 2 254
Daşkəsəndə silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanılıb

Daşkəsən rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər tutulublar.
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən R.Hacıyev, E.Səmədov, Ə.Süleymanov və N.Verdiyev saxlanılıb.
Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub.
Bundan başqa, digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Musayev də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkarlanıb.
Araşdırma aparılır.