Cəlilabadda dələduzluq edən şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov tutulub.

DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib ki, o, zərər çəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb.

R.Yusubov dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.

AzNews.az