- Qanundan kənarda
- 16:57
- 1 011
Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb, ölkəyə gətirilir

Axtarışda olan azərbaycanlı Albaniyada saxlanılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Salmanov Elşən Vahid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Albaniya Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Elşən Salmanovun təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
O, 2024-cü ilin oktyabr ayında Albaniyanın Rinas şəhərində müəyyən edilərək həbs edilib.
Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
AzNews.az