- Pullu iş
- 12 Dekabr 2018 11:48
- 2 214
Polşa şirkəti Bakıda ofis açır
Polşanın “Ambiens” ətraf mühit məsələləri üzrə konsaltinq şirkəti Azərbaycanda rəsmi nümayəndəliyini qeydiyyatdan keçirib.
Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzeti məlumat verir.
Şirkətin rəsmi nümayəndəsi Namazov Rasim Sərvər oğlu, hüquqi ünvanı – Bakı, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 44-dür.
Qeyd edək ki, “Ambiens” Polşanın ekoloji konsaltinq sahəsində aparıcı şirkətlərindəndir. Şirkət əsasən bərpa olunan enerji və mobil rabitə sahələrində xidmətlər göstərir.
© AzNews.az