- Pullu iş
- 29 Dekabr 2020 11:30
- 5 408
Dövlət büdcəsi qəbul edildi
Üçüncü oxunuşda
2021-ci ilin dövlət büdcəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda qəbul edilib.
AzNews.az-ın məlumatına görə, Milli Məclisə təqdim olunan layihədə 2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur.
İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur.
2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.